close

“Tək adama deyil, hüquqa itaət edirik”

‘’Tək adama deyil, hüquqa itaət edirik’’ sloqanı ilə yaranan III Respublika Platforması dekabrın 18-də mətbuat konfransı keçirib. 7 nəfər Qurucu Heyətdən ibarət Platformanın məqsədi respublikaçı prinsiplərinə söykənən bir sistem yaratmaqdır. Platforma hesab edir ki, mərkəzi hökumətlə yerli hökumətlər arasında güc balansı pozulub.

Platforma üzvləri 10 konseptual sənəd təqdim ediblər. Bunlar siyasi sivil azadlıqları, ayrıseçkilik və nepotizmlə mübarizə aparmağı, ordu quruculuğunda, ədalət mühakiməsində dəyişiklikləri özündə birləşdirir. Həmçinin Platforma üzvləri yeni konstitusiya sənədinin qəbul olunmasını təklif edirlər. Növbədənkənar Prezident seçkilərinin açıqlanması ilə eyni gündə elan olunan III Respublika Platforması bunun təsadüf olduğunu, seçkilərdə iştirak etməyəcəklərini açıqlayıblar.

Ana səhifəVideo“Tək adama deyil, hüquqa itaət edirik”