close

Üç təşkilatın “exit-poll” keçirmək üçün MSK-ya müraciət etdiyi bildirilir

Azərbaycanda seçkilər. Foto: Andy.LIU/shutterstock

Məzahir Pənahov təşkilatların adlarını açıqlayıb

7 fevral növbədənkənar prezident seçkisində səsvermə günü “exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına 3 müraciətin daxil olduğu bildirilir.

Bu barədə yanvarın 18-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “OREACLE ADVİSORY GROUP” təşkilatı ilə birgə “exit-poll” keçirməyi nəzərdə tutur:

Onlar 40 dairədə 500 məntəqədə “exit-poll” təşkil etmək istəyirlər. İkincisi, Rəy Monitorinq Mərkəzidir ki, onlar 200 məntəqədə “exit-poll” keçirmək niyyətindədirlər. Sosial Tədqiqatlar Mərkəzi isə 25 dairədə, 125 məntəqədə “exit-poll” keçirməyi planlaşdırır”.

Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Namizədliyi qeydə alnmış şəxslər – ölkə başçısı İlham Əliyev, deputatlar – Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Fuad Əliyevdir.

Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.

Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.

AXCP, MüsavatKlassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Ana səhifəSiyasətÜç təşkilatın “exit-poll” keçirmək üçün MSK-ya müraciət etdiyi bildirilir