close

Ukraynada tibbi marixuana leqallaşdı

Tibbi marixuana. Foto: Azərtac

Zelenski ötən il qəbul olunmuş qanunu təsdiqlədi

Ukrayna Prezidenti Volodimir Zelenski tibbi çətənənin (marixuana) leqallaşdırılması haqqında qanunu imzalayıb.

Müvafiq xəbər Ukrayna Parlamentinin saytında yer alıb.

Sənəddə qeyd olunur ki, yeni qanun müharibə nəticəsində yaranan xərçəng və post-travmatik stress pozuntusundan əziyyət çəkən xəstələrin zəruri müalicəyə çıxışının genişləndirilməsi məqsədi daşıyır.

Ukraynada tibbi marixuananın leqallaşdırılması zərurəti ilə bağlı müzakirələr 2016-cı ildən gedir.

2023-cü ilin iyulunda qanun layihəsi birinci oxunuşda təsdiq edilib.

Zelenski bu təşəbbüsü 2019-cu ildəki seçki kampaniyası zamanı dəstəkləyib. O qeyd edib ki, Ukrayna Avropada ən güclü əqli və fiziki reabilitasiya sənayesini yaratmaq niyyətindədir.

Qanun bəyan edildikdən altı ay sonra, 2024-cü il iyulun ortalarında qüvvəyə minəcək.

Yalnız xüsusi lisenziya və sertifikat almış hüquqi şəxslər tibbi marixuana yetişdirə biləcəklər. Plantasiya gecə-gündüz izləniləcək və hər bir kolun fərdi kodu olacaq. Marixuana əsaslı dərmanlar yalnız həkim resepti ilə əldə ediləcək.

Ana səhifəSosialUkraynada tibbi marixuana leqallaşdı