close

Xaçmazda körpü dağılıb, yaralananlar var

Foto: FHN

Hadisənin sel suları səbəbindən baş verdiyi bildirilir

Sentyabrın 14-də Xaçmaz rayonunda Qudyalçay üzərindəki körpü çökərək ikiyə ayrılıb. Nəticədə bir neçə maşın çaya düşüb.

“Report” yazır ki, hadisə yerinə cəlb olunan FHN-nin xilasediciləri rayon sakinləri Elvin Səfərəliyevi, Əlisafa Heybətovu və paytaxt sakini Əfsun Qarayevi xilas ediblər. Onlar rayon xəstəxanasına yerləşdiriliblər.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən baş verib. Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Qəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpü dağılıb.

İlkin məlumata görə, çayda suyun artması nəticəsində körpünün dayaqlarından biri aşıb.

Bildirilir ki, körpünün çökməsi nəticəsində Xudat şəhər və ətraf kəndlərin Xaçmaz şəhəri və Bakı istiqaməti ilə nəqliyyat əlaqəsi dayandırılıb.

Ana səhifəBölgəXaçmazda körpü dağılıb, yaralananlar var