close

Yenə atəşkəs pozulub, ölən və yaralanan var

Atəşkəsin pozulması. Foto: Meydan TV

Ermənistan ordusu əsgərini itirib, Azərbaycan hərbçisinin yüngül yaralandığı bildirilir

Avqustun 21-də Azərbaycan və Ermənistan arasında atəşkəs pozulub. Nəticədə Azərbaycan ordusunun hərbçisi yaralanıb, Ermənistan ordusundan isə bir əsgər həyatını itirib.

Bu barədə tərəflərin müvafiq nazirlikləri məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu İsmət Nəzərov açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb:

Yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur”.

Nazirlik baş verənlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyət daşıdığını bildirir.

Ermənistanın Axpradzor ərazisində həlak olan 19 yaşlı əsgər Vanik Qazaryan Vayots Dzor bölgəsinin Getap kəndindən olub.

Bu barədə Getap kənd administrasiyasının nümayəndələri yerli mediaya məlumat verib. Vanik Qazaryan bir il əvvəl orduya çağırılıb.

Ana səhifəSiyasətYenə atəşkəs pozulub, ölən və yaralanan var