close

Yerevan atəşkəs rejiminin pozulmasını araşdırmaq üçün Bakıya birgə mexanizm təklif edir

Ermənistan-Azərbaycan sərhədi. Foto: tanitost/shutterstock

Ermənistan Müdafiə Nazirliyi Naxçıvanda atəşkəsin pozulması xəbərini yalanlayıb

Avqustun 16-sı saat 03:20 radələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Sədərək rayonu  istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görüldüyünü əlavə edib.

Müdafiə Nazirliyi dünən də atəşkəsin pozulduğu haqda məlumat yaymışdı.

Ermənistan Müdafiə Nazirliyi məlumatı təkzib edərək bildirib ki, Ermənistanın Baş nazirinin ofisi diplomatik kanallar vasitəsilə Azərbaycan Prezidentinin Adminstrasiyasına atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaratmağı təklif edib.

2020-ci ildə Qarabağda aparılan 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsində nəzarəti bərpa edib.

2023-cü ildə isə apardığı hərbi əməliyyatlarla ərazini tam nəzarətə götürüb.

Ondan sonra Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqları fonunda bəzi ərazilərdə sərhədlərin delimitasiyası prosesi həyata keçirilib.

Hazırda bu sahədə danışıqlar davam edir.

Bu danışıqlarda isə həm ABŞ, Avropa İttifaqı, həm də Rusiya vasitəçilik edir.

Ancaq tərəflər arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətYerevan atəşkəs rejiminin pozulmasını araşdırmaq üçün Bakıya birgə mexanizm təklif edir