close

Yuliya Navalnaya: “Mən Aleksey Navalnının işini davam etdirəcəyəm”

Foto: Jonas Petrovas/shutterstock

Yuliya Navalnaya bu gün yaydığı videomüraciətində öldürülən əri Aleksey Navalnının işini davam etdirəcəyini bildirib. Videomüraciət mərhum siyasətçinin “YouTube” kanalında dərc edilib.

“Üç gün əvvəl Vladimir Putin mənim ərim, Aleksey Navalnını öldürüb. Putin uşaqlarımın atasını öldürüb. Putin ən əziz və ən sevdiyim insanımı əlimdən alıb. Amma Putin Navalnını sizin də əlinizdən alıb. Haradasa uzaq şimalda, bitməyən qışda Putin sadəcə bir insanı – Aleksey Navalnını öldürmədi. Onunla birlikdə o, bizim ümidlərimizi, bizim azadlığımızı, gələcəyimizi öldürmək istədi”, – müraciətdə deyilir.

Aleksey Navalnının işini davam etdirəcəyini deyən Yuliya müraciətində “sizi də yanımda olmağa çağırıram. Bizi saran və buraxmayan dərdi və sonsuz ağrını deyil, həm də gələcəyimizi öldürməyə cəsarət edənlərə qarşı qəzəbi, nifrəti də bölüşməyə çağırıram. Sizə Alekseyin çox inandığım sözləri ilə müraciət edirəm: az iş görmək ayıb deyil, heç nə etməmək ayıbdır. Mübarizə aparın və təslim olmayın. Mən qorxmuram, siz də heç nədən qorxmayın”, – deyir.

Fevralın 16-da Federal Penitensiar Xidmət Aleksey Navalnının Yamalo-Nenets dairəsinin Xarp qəsəbəsindəki koloniyada öldüyünü açıqlayıb.

Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.

Avqustun 4-də Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya ekstremist birlik yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.

Ana səhifəDünyaYuliya Navalnaya: “Mən Aleksey Navalnının işini davam etdirəcəyəm”