close

Zelenski yenidən ABŞ Konqresində

Foto: Reuters

O, alacağı növbəti yardımla bağlı müsbət rəylər alıb

Ukrayna Prezidenti Volodimir Zelenski yenidən ABŞ Konqresində bu ölkənin rəhbərliyi ilə görüşüb.

“The Guardian” yazır ki, Ukrayna lideri Konqresdə ötən dəfəki kimi qəhrəman tək qarşılanmasa da, ABŞ-dan alacağı növbəti yardım paketi ilə bağlı ümumi müsbət rəylər alıb.

Bu dəfə sakit qarşılanan Volodimir Zelenski ABŞ-ın Respublikaçı və Demokrat liderləri ilə təkbətək danışıqlarda olub.

Əsasən prezidentliyə namizədi Donald Trampla həmfikir olan Konqresdəki respublikaçılar hesab edirlər ki, Ukraynanın davamlı maliyyələşdirilməsi potensial olaraq müharibə səylərinin ictimaiyyət tərəfindən dəstəklənməsi riski yaradır.

Zelenski ilə görüşdən sonra maliyyə məsələsi ilə bağlı suala Prezident Co Bayden belə cavab verib:

Mən ABŞ Konqresinin düzgün mühakiməsinə ümid edirəm. Alternativ yoxdur”.

Rusiya 2022-ci ilin fevralında Ukraynanı işğal etdikdən sonra bu, Zelenskinin Vaşinqtona ikinci səfəridir.

Bu səfər Baydenin Konqresə Ukraynanın hərbi və humanitar ehtiyacları üçün əlavə 24 milyard dollar tələb etməsi fonunda həyata keçirilib.

Administrasiya sentyabrın 21-də Ukrayna üçün daha 325 milyon dollarlıq yardım elan edib.

Dövlət katibi Antoni Blinken bildirib ki, paketə əlavə hava hücumundan müdafiə, artilleriya sursatları, kasset sursatları və digər silahlar daxildir.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan (Jake Sullivan) isə bildirib ki, Bayden ABŞ və dünyanın “21-ci əsrdə diktatorun qonşusunun ərazisini fəth etməyə və ya parçalamağa icazə verilməməsi ilə bağlı aydın mesaj verir”.

Biz Amerika xalqının əziz tutduğu dəyərlərin əksinə hərəkət edib, buna izin verə bilmərik. Əgər izin versək, bu, başqa yerlərdə baş verəcək”, – Sallivan əlavə edib.

Bayden ölkə daxilində daxili siyasi fikir ayrılıqları ilə üzləşdiyi halda dünya liderlərini Ukraynanın yanında möhkəm durmağa çağırıb.

Zelenski müharibə başlayandan sonra ötən ilin dekabrında konqresdə çıxışı siyasi mühiti nəzərəçarpacaq dərəcədə dəyişmişdi.

O, ölkəsinin müharibədə göstərdiyi şücaət və heyrətamiz dərəcədə güclü nümayişinə görə alqışlarla qarşılanmışdı.

Ana səhifəSiyasətZelenski yenidən ABŞ Konqresində