ABŞ-ın dövlət katibi bunu Rusiyanın ötənilki prezident seçkilərinə müdaxiləsi ilə əlaqələndirib
ABŞ dövlət katibi Reks Tillerson mayın 14-də bəyan edib ki, Rusiyanın 2016-cı ilin payızında keçirilən seçkilərə müdaxiləsi sənədlərlə təsdiqini tapır. Onun sözlərinə görə, Rusiya ilə yeni münasibətlər qurularkən bu faktı nəzərə almamaq olmaz.
Dövlət katibinin sözlərinə görə, ikitərəfli münasibətlərdə həll olunası bir sıra məsələlər var, seçkilərə müdaxilə də onlardan biridi.
Tillerson qeyd edib ki, münasibətlərin sıfırdan başlanmadığını nəzərə almalıyıq. “Keçmişi silmək olmaz, qaldığı yerdən başlamalıyıq”, – deyə dövlət katibi bildirib.
Fizzə
Oxunub: 596