Vyetnamın sonuncu imperatoru Bao-Dayın “Rolex” markalı qol saatı Cenevrədə keçirilən “Phillips” hərracında 5 milyon dollara satılıb.
Təşkilatçılar bunu rekord qiymət adlandırır və hərraclarda “Rolex”in heç vaxt bu qədər baha satılmadığını bildirirlər.
“Bloomberg”in məlumatına görə, saatı hərraca telefonla qatılan tanınmamış bir şəxs alıb.
13 nəfərin almaq üçün namizəd olduğu saat cəmi 8 dəqiqə ərzində satılıb.
Bao-Daem bu saatı 1954-cü ildə sülh danışıqlarında iştirak üçün getdiyi Cenevrədən alıb.
Brilyantla bəzədilmiş bu saatdan dünyada cəmi üç ədəd var.
Gültəkin
Oxunub: 562