Fransanın yeni prezidenti Emmanuel Makronun inauqurasiya mərasimində geyindiyi kostyumun qiyməti açıqlanıb.
“Reuters”in məlumatına görə, kostyum 450 avro dəyərində olub.
Makronun xanımı Bridcit isə mərasimə icarəyə götürdüyü kostyumla qatılıb.
Məlumatda deyilir ki, prezident komandasının Makronun kostyumunun qiymətini açıqlaması və birinci xanımın mərasimə moda evindən icarəyə götürülmüş libasda gəlməsi diqqətəlayiqdir.
Qeyd edək ki, Fransaya 2007-2012-ci illərdə rəhbərlik edən Nikola Sarkozi medianın diqqətini dəbdəbəli həyat tərzi ilə çəkmişdi. Hətta bu səbəbdən onu “bling-bling president” də adlandırırdılar.
Gültəkin
Oxunub: 644