ABŞ Əsəd rejimini məhkumların cəsədlərini sobada yandırmaqda ittiham edib. Müvəqqəti ABŞ Xarici işlər nazirinin müavini vəzifəsini icra edən Stuart Jones “Sednaya həbsxanasında həyata keçirilən kütləvi cinayətlərin miqyasını gizlətmək üçün bu yandırma sobası inşa edildiyinə inanırıq” deyib.
Yandırma sobasının olduğu binadan çəkildiyi iddia edilən peyk fotoşəkillərini yayan ABŞ Xarici İşlər Nazirliyi sözügedən həbsxanada gündə təxminən 50 məhkumun asıldığını və bu şəxslərin çoxunun atəşdə yandırıldığını düşündüklərini açıqlayıb.
Beynəlxalq Əfv Təşkilatının fevral ayındakı hesabatında Sednaya hərbi həbsxanasında həftədə 20-50 arasında insanın asıldığı, son dörd il içində də 5 min- 13 min arasında adamın edam edildiyi bildirilmişdi.
azadliq.info
Oxunub: 260