Kanada hökuməti insan haqlarını pozan ölkələrə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanunu təsdiqləməyə hazırlaşır.
“Bloomberg”in xəbərinə görə, bu barədə Kanadanın xarici işlər naziri Xristya Friland məlumat verib.
“Qara siyahıya” ilk növbədə Rusiyanın salınması planlaşdırılır.
Nazir bildirib ki, insan haqlarını kobud şəkildə pozan və korrupsiyaya yol verən hökumətlər məlum sanksiyalarla üzləşməli olacaqlar.
“Kanadada da, bütün dünyada Maqnitski işi və insan haqlarının pozulmasına görə sanksiyaların tətbiqi böyük maraqla qarşılanıb. Və bunu ədalətli hesab edirəm”, – deyə Friland qeyd edib.
Qanunun ötən ay Kanada Senatı tərəfindən dəstəkləndiyi, hazırda İcmalar Palatasında olduğu və qəbul olunmaq şansının olduqca böyük olduğu bildirilir.
Gültəkin
Oxunub: 620