İsveç prokurorluğu Wikileaks saytının banisinə qarşı zorlama ittihamı ilə bağlı iş üzrə istintaqı dayandırıb.
Julian Assanc ittihamları siyasi motivli adlandırıb.
“Prokuror Marianne Ny zorlamada ittiham olunan Julian Assancın işilə bağlı ibtidai istintaqın dayandırılması barədə qərar qəbul edib”, – rəsmi açıqlamada deyilir.
Marianne Ny deyib ki, əgər cənab Assanc 2020-ci ilin avqust ayınadək İsveçə gələrsə ona qarşı cinayəti işi yenidən açıla bilər.
Wikileaks saytının banisi 2012-ci ildə İsveç prokurorluğunun sorğusu əsasında Britaniyada həbs olunub.
Bundan sonra zaminə çıxan Julian Assanc Ekvador səfirliyində sığınacaq tapıb.
Onun barəsində Britaniyanın çıxardığı həbs orderi hələ də qüvvədə qalır.
Oxunub: 52