Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsinin müavini Kim İn Ryong ballistik raket sınaqlarının “müdafiə məqsədli” olduğunu iddia edərək, ABŞ-ı beynəlxalq cəmiyyəti “qorxutmaqda” günahlandırıb. O, ABŞ-ı Şimali Koreyaya düşmən siyasətinə son verməyə çağırıb. BMT-yə qarşı da tənqidi fikirlər səsləndirən Ryong Şimali Koreyaya qarşı sanksiya qərarlarının əsssız olduğunu bəyan edib. BMT Təhlükəsizlik Şurası nüvə proqramına görə Şimali Koreyaya 2006-ci ildə bu yana müxtəlif hərbi və iqtisadi sanksiyalar tətbiq edir.
Şimali Koreyanın nüvə proqramı məsələsində müzakirəyə açıq olub-olmadığı sualına Ryong belə cavab verib:
“Hər kəsin bildiyi kimi, amerikalılar dialoq işarəti verdi, amma əhəmiyyətli olan sözlər deyil, tədbirlərdir. Koreya adasındakı problemləri həll etməyin əsas şərti ABŞ-ın bütün problemlərə səbəb olaraq gördüyü Şimali Koreyaya düşmən siyasətinə son verməsidir.”
Dünyanın təxminən 150 ölkəsində yüz minlərlə kompüterə təsir edən WannaCry virusunun yayılmasının arxasında Şimali Koreyanın olduğu iddialarını rədd edən Ryong: “Kiber hücumları Şimali Koreya ilə əlaqələndirmək səfehlikdir. Nə zaman qəribə bir şey olsa, ABŞ və düşmən qüvvələr Şimali Koreyaya qarşı kampaniya başladır” deyib.
azadliq.info
Oxunub: 176