Orta Şәrq İnstitunda çıxış edәn ABŞ xarici işlәr nazirinin kömәkçisi Conatan Kohen savaş vәziyyәtindәn irәli gәlәn şәrtlәrdәn dolayı YPG ilә әlaqәmiz var. Çünki Suriyadakı Demokratik Suriya Qüvvәlәri Raqqanın xilas edilmәai üçün önәmli rol sahibidir. YPG ilә әlaqәlәrimiz keçicidir vә taktiki xarakter daşıyır.
Cohen Mosul әmәliyyatından sonra İraq Kürd Özәrk hökumәti vә Bağdad ilә birlikdә terror tәşkilatı PKK-nı Şenqaldan çıxarmaq istiqamәtindә diqqәtin artacağını bildirib. Qeyd edәk ki, ABŞ tәrәfindәn yaradılan Demokratik Suriya Qüvvәlәrinin әsasını YPG tәşkil edir. Ankara isә ABŞ-ın Raqqanı İŞİD-dәn geri alınması üçün aparacağı әmәliyyata YPG-nin qoşulmasına etiraz edir.
azadliq.info
Oxunub: 474