Konqresin Nümayəndələr Palatasında təmsil olunan demokratlar “Deutsche Bank”a prezident Donald Trampın Rusiya ilə mümkün əlaqələri barədə sorğu göndərib.
Konqres Trampa adıçəkilən bank tərəfindən verilən kreditlərin Rusiya hökuməti tərəfindən zəmanət verilib-verilmədiyini müəyyən etməyə çalışır.
“Deutsche Bank”ın rəhbəri Con Krayana ünvanlanan məktubda qeyd olunur ki, bank məsələyə aydınlıq gətirəndən sonra ABŞ cəmiyyəti Trampın Rusiya ilə bağlılıq səviyyəsini və bunun prezidentin siyasi qərarlarına nə dərəcə təsir etdiyini qiymətləndirə biləcək.
Konqresmenlər həmçinin “Deutsche Bank”ın Rusiya filialında çirkli pulların “yuyulmasında” adı keçən şəxslər haqda informasiya tələb edib.
Məlumata görə, Rusiya filialında 10 milyard dollar dəyərində çirkli pul “yuyulub”.
Gültəkin
Oxunub: 200