Gürcüstanın baş prokuroru İrakli Şotadze jurnalsit Əfqan Muxtarlının ölkədən çıxarılmasına münasibət bildirərkən deyib ki, “hər şeyi istintaq müəyyən edəcək”.
Şotadzenin sözlərinə görə, jurnalistin ölkəni necə tərk etdiyini deyə bilməz.
“Onun ölkəni necə tərk etdiyini deyəb bilmərəm. DİN-də araşdırma başlayıb. bütün zəruri istintaq hərəkətləri aparılacaq”, – deyə baş prokuror qeyd edib.
Müəyyən şəxslərin məsuliyyətə cəlb olunması məsələsinə gəldikdə, Şotadze bunu istisna etməyib.
Fizzə
Oxunub: 1132