Vəkil Fəxrəddin Mehdiyev tez-tez öz məqalələri ilə saytımızın qonağı olur. Onun müxtəlif məsələlərə hüquqı yanaşması oxucular tərəfindən rəğbətlə qarşılanır. Son dövrlərdə Fəxrəddin Mehdiyevin yazılara ara verməsi səbəbsiz deyilmiş. Hörmətli vəkilimiz bu dəfə izləyicilərimiz qarşısına yeni kitabla gəlib. Müəllif “Siyasi sistemin İsveç-Skandinaviya modeli”adlanan əsəri iləöz düşüncələrini ictimaiyyətə çatdırmaq istəyib.Azadliq.info redaksiyası da kitabdan müəyyən hissələriöz oxucularına təqdim etmək qərarına gəlib. Bu dəfə əsərin giriş hissəsini təqdim edirik.
Сoğrafi mövqeyinə, siyasi idarəçiliyinə, iqtisadi və sosial inkişaf göstəricilərinə görə İsveç, Norveç, Danimarka, Finlandiya və İslandiyaSkandinaviya ölkələrinə aid edilir. Skandinaviya ölkələri əhalisinin yüksək həyat səviyyəsinə , ən yaxşı sosial təminat sisteminə, sosial iqtisadi inkişafına, insan hüquq və azadlıqlarının təminatına görə uzun illərdir ki, dünya ölkələri arasında liderlik edir.
BMT-nin hazırladığı xoşbəxtlik indeksinə görə Skandinaviya ölkələri birinci onluğa aid olan ölkələrin siyahisna daxildirlər. Ölkə əhalisinin Xoşbəxtlik indeksi BMT tərəfindən işlənib hazırlanır və həyat səviyyəsinin kompleks göstəriciləri ilə xarakterizə olunur. Bu göstəricilərə aiddir: Adambaşına düşən ümumi daxili məhsulun həcmi, insanların orta ömür müddəti, cəmiyyətdə qarşılıqlı yardım və qayğının dərəcəsi, xeyriyyəçiliyin inkişafı, insanların həyat yolunu seçmə azadlığı və s. Xoşbəxtlik indeksi üzrə tərtib edilən siyahıda Danimarka birinci, İslandiya üçüncü, Norveç dördüncü, Finlandiya beşinci, İslveç onuncu yerdə qərarlaşır.
BMT-nin hər il işləyib hazırladığı İnsan İnkişafi İndeksinə görə də Skandinaviya ölkələri liderliyi özlərində saxlayırlayırlar. Uzun illərdir ki, Norveç insan inkişafı indeksinə görə birinci yerdə qərarlaşır, digər Skandinaviya ölkələri də insan inkişafı indeksı üzrə siyahıda birinci onluğa daxil olullar.
Freedom House təşkilatının yaydığı məlumata görə Finlandiya, İslandiya və Norveç dünyanın ən azad ölkələridirlər. Sosial tərəqqi indeksinə görə yenə də Norveç, İsveç və İsveçrə reytinqdə birinciliyə layiq görülmüşlər. Britaniya Analitik Mərkəzinin hazırladığı hesabata görə rifah indeksinə görə Norveç, Finlandiya, Yeni Zenlandiya liderlik edirlər. Qanunların Aliliyi indeksinə görə isə Danimarka, Norveç, Finlandiya, İsveç və Niderland liderlik edirlər.
Ölkələrin inkişaf indeksinə görə də 2015-ci il üzrə birinci beşliyə Norveç, İsveç, İsveçrə, Danimarka, Yeni Zellandiya daxil olmuşdur.
Ölkələrin sərvəti və rifahı əsasında inkişaf və çiçəklənmə indeksi müəyyən edilir. Həmin indeks: sosial kapital, iqtisadiyyat, səhiyyə, şəxsi azadlıqlar, sahibkarlıq, təhsil, təhlükəsizlik, idarəetmə meyarları əsasında müəyyən edilir.
2015-ci ilin analar üçün rifah ölkələrin siyahisina Norveç liderlik edir. Finlandiya və İslandiya isə ikinci və üçüncü yerlərdə qərarlaşırlar.
İsveç-Skandinaviya modelinin iflasa uğradığı haqqında bəzən yazılar dərc olunur, söhbətlər gedir. Lakin iflas söhbətləri özünü doğrultmur və böhranlar vaxtı həmin model yenidən sınaqdan çıxır və daha da inkişaf edir. İsveç tarixçisi, professor Lars Treqord bu barədə belə yazır: “Hər böhrandan sonra İsveç modelinin sonu haqqında danışıllar. Lakin İsveç modeli böhrandan sonra əvvəlkindən də yaxşı işləyir. Və bir gün gələcək, o zaman bütün dünya bərabərlik və azadlıq istəyəcək, necə ki, hazırda İsveçin vətəndaşları bu dəyərlərdən xoşbəxtlik əldə etmişlər.”
Siyasi, iqtisadi, sosial mədəni sahələri yüksək inkişaf səviyyəsinin xarakterizə edən həmin siyasi davam etdirmək olar və bünün üçün məlumatlar çoxdur. Bütün bunlar İsveç və ya Skandinaviya modeli kimi xarakterizə edilən siyasi modelin gücündən və üstünlüklərindən xəbər verir.
Təsadüf deyil ki, Skandiviya ölkələri miqrantlar, tələbələr üçün çox cəlbedicidir.
Bütün bu məlumatlar bizdə Skandinaviya ölkələrinin inkişaf qanunauyğunluqlarını öyrənmək marağını yaratdı.
Dünyada bütün hadisələr və proseslər səbəb nəticə qanununa tabedirlər. İnkişaf da müəyyən qanunauyğunluqlarla, səbəblərlə əlaqədardır. Skandiviya ölkələrinin siyasi, iqtisadi sosial sistemi həmin ölkələr üçün ümumi olan qanunauyğunluqlarla fərqlənirlər. Fikrimizcə, ən başlıcası iki səbəb rol oynayır.
Birincisi, Skandinaviya ölkələrində hüquqi dövlətin mükəmməl forması yaradılmışdır. İkincisi, insan kapitalına qayğı, diqqət dövlətin ali məqsədidir. İnsan kapitalı ölkənin əsas sərvəti hesab olunur. Dövlətin bütün siyasəti insankapitalının qorunmasına, inkişafına köklənmişdir. Məhz ona görə də insan inkişafı indeksinə görə Skandivaiya ölkələri liderliyi saxlayırlar.
Eyni zamanda qeyd etmək lazimdir ki, Skandinaviya ölkələrin də özünəməxsus problemlər mövcuddur, lakin Skandinaviya modelinin gücü ondan ibarətdir ki, yaradılmış mexanizm problemi vaxtında aşkar etməyə, çağrılşlara cavab verməyə qadirdır.
Ümumiyyətlə, Skandinaviya ölkələrinə xas olan bir inkişaf yolu vardır. Bu yol İnsan kapitalına qayğı və insan inkişafı yoludur. Ona görə də idarəetmənin bu zəngin təcrübəsini öyrənmək böyük nəzəri və praktiki əhəmiyyətə malikdir. Hazırki tədqiqat həmin xoş məramdan yaranmışdır.
Oxunub: 596