ABŞ prezidenti Donald Tramp prezident seçkilәri zamanı İsrail baş naziri Netanyahu ilә görüşdә verdiyi sözә әmәl etmәyib.
Tramp prezident seçilәcәyi tәqdirdә ABŞ-ın Tәl-Әvivdәki sәfirliyini Qüdsә köçürәcәyini demişdi.
Ağ Evdәn verilәn açıqlamada bildirilib ki, Donald Tramp bu qәrarı ertәlәyib.
Qeyd edәk ki, 1995-ci ildә konqresin qәbul etdiyi qanuna görә sәfirliklәrin yerlәri ilә bağlı sәlahiyyәt prezidentә verilmişdi. Hәmin il ABŞ sәfirliyinin Tәl-Әvivdәn Qüdsә köçürülmәsi ilә bağlı qәrar da qәbul olunmuşdu. Әvvәlki prezidentlәrdәn Bill Klinton vә Corc Buş qәrarın icrasına başlamamışdılar. Barak Obama isә 2011-ci ildә tәhlükәsizlik sәbәbi ilә sәfirliyin Tәl-Әvivdәn Qüdsә köçürülmәyәcәyi ilә bağlı konqresi mәlumatlandırmışdı.
Aqil
Oxunub: 406