Pentaqonun açıqladığı sәnәdә görә, Tramp hökumәti 2018-ci ildә İraq vә Suriyadakı әmәliyyatlara 64 milyardlıq xarici әmәliyyatlar büdcәsindәn 1 milyard 769 milyon dollar ayırıb. Sәnәdә görә bu mәblәğin 1 milyard 269 milyon dolları İraqda hәrbi tәlim keçilәn qruplara, 500 milyon dolları isә Suriyada hәrbi tәlimlәr keçilәn qruplara ayrılıb. Sәnәddә Suriyaya ayrılan 500 milyon dolların 393 milyon dollarının silah-sursata ayrıldığı qeyd olunub. Bu silahların içindә 12 min әdәd Kalaşnikov markalı silah, 6 min әdәd pulemyot, 3500 әdәd ağır pulemyot, 3 min әdәd ABŞ istehsalı olan RPG-7 vә min әdәd ABŞ istehsalı AT-4 vә Rusiya istehsalı SPG-9 tank әleyhinә roketlәr vә xeyli sayda xırda kalibrli silahlar daxildir. Sәnәddә silahların verilәcәyi qruplar üçün “süzgәcdәn keçmiş müxalifәt qüvvәlәri” fikri qeyd edilsә dә, silahların böyük bir hissәsindәn PYD vә YPG-nin çoxluq tәşkil etdiyi Azad Suriya Qüvvәlәrinin faydalanacağı qeyd olunub. Büdcәnin oktyabr ayında Konqresdә tәsdiq olunacağı gözlәnilir.
azadliq.info
Oxunub: 24