Zərərli bugdadan un dəyirmanında istifadə edilirmiş
Rusiyadan Azərbaycana tərkibində xəstəliklər olan böyük miqdarda qarğıdalı və buğda gətirilib.
Kənd Təsərrüfatı Nazirliyi Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevin sözlərinə görə, onlar ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısına daxildir. Xidmət rəisi deyib ki, həmin yüklər artıq saxlanılıb və müvafiq tədbirlər həyata keçirilir.
Rusiyadan gətirilən qarğıdalının çəkisi 1 ton 500 kq, karantin tətbiq edilən zərərli orqanizmin aşkarlandığı buğdanın çəkisi isə 2 ton 300 kq-dır. Həmin məhsul ölkəmizdəki dəyirmanlardan biri tərəfindən ün üyüdülmək məqsədilə gətirilir (Trend).
İstehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov deyir ki, Azərbaycanda qida təhlükəsizliyinə heç kim nəzarət etmir. Elə buna görə də daxili bazarda zərərli məhsulların satışı davam edir:
“Ölkədə müstəqil ekspertiza yoxdur. Dövlət qurumlarının məsələylə ciddi məşğul olmaq səlahiyyəti yoxdur. Nəticədə insanlara həyat üçün təhlükəli məhsullar satılır. Qidanın zərərli olmasından dolayı, əhali xəstəliklərdən əziyyət çəkir. Mənim ümidim gələn il yaradılacaq Qida Təhlükəsizliyi Agentliyinədir. Orda da qohum-əqrəbanı işə götürmək ənənəsi olsa, bu millətin sağlam gələcəyi ciddi sual altında qalacaq”.
Nigar
Oxunub: 736