Bakıda intihar hadisəsi baş verib.
Xəzər rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Nahid Həsənağa oğlu Qafarov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Oxunub: 306