Gürcüstanın baş naziri Georgo Kvirikaşvili ictimaiyyəti jurnalist Əfqan Muxtarlının oğurlanması işi ilə bağlı tələsik nəticəyə gəlməməyə çağırıb.
“Dövlət təhlükəsizliyi üçün çalışan institutların nüfuzdan salınması yolverilməzdi. Daxili işlər naziri bəyanat verdi ki, bizim azərbaycanlı həmkarlarımızla əlaqəmiz var. İstintaq bitənə qədər tələsik nəticə çıxarmaqdan çəkinməyə çağırıram. Əgər biz dövlət institutlarına inamın azalmasına yardım etsək, ölkəmizin təhlükəsizliyini qorumaq çətin olacaq”, – deyə Kvirikaşvili hökmətin bu günki iclasında deyib.
Baş naziri Gürcüstan xüsusi xidmət orqanlarının jurnalistin oğurlanmasında rolunun olduğunu istisna edib və yaxın zamanda baş verənlərə aydınlıq gətiriləcəyini deyib.
Fizzə
Oxunub: 982