Türkiyədə yüksək vəzifəli məmur və həyat yoldaşı həbs olunub
Türkiyə baş nazir aparatının (başbakanlık) ali müşaviri və həyat yoldaşı bu gün səhər polis tərəfindən saxlanılıb.
Müşavir Birol Erdem və həyat yoldaşı Gülümsər Erdem Ankarada saxlanılaraq polis idarəsinə aparılıb. Onlar “Fətullahçı Terror Təşkilatı”na (FETÖ) üzv olmaqda ittiham edilir.
Erdem 21 noyabr 2011-ci ildə ədliyyə nazirliyi müşaviri vəzifəsinə gətirilmiş, 1 yanvar 2014 tarixindən isə vəzifəsi böyüdülərək ədliyyə nazirliyinin ali müşaviri təyin edilmişdir.
azadlıq.info
Oxunub: 674