Ailə hakimiyyətinin, korrupsiya, saxtakarlıq, zorakılığın bərqərar olduğu gün
AXCP sədri Əli Kərimli feysbuk səhifəsində 4 iyun qiyamından və onun doğurduğu nəticələrdən yazıb. Yazını təqdim edirik:
Bu gün 4 iyundur. Əbülfəz Elçibəyin rəhbərlik etdiyi xalq hakimiyyətinə qarşı hərbi qiyamın başlandığı gündür. Qiyam Surət Hüseynovun rəhbərlik etdiyi hərbi hissədən başlandı, Heydər Əliyevin rəhbərliyilə keçmiş kommunistlər və Rusiya tərəfindən dəstəkləndi və parlamentdə həyata keçirilən dövlət çevrilişi ilə başa çatdı.
O zamandan Azərbaycanda bir bərqərar oldu, yaltaqlıq, büdcə oğurluğu hakim dəyərə çevrilib, iqtidar oldu. Ölkənin neft sərvəti mənimsənildi, 10 milyardlarla dollar vəsait talan edilib ölkədən çıxarıldı, əhalinin 70-80 faizi yoxsula çevrildi, korrupsionerlər isə daha da varlandılar, cəmiyyətdə kəskin təbəqələşmə yarandı, siyasi sistem dağıdıldı, ölkə ağır mənəvi böhrana düçar edildi.
Amma xalqımız belə idarəetmə ilə barışmadı, təslim olmadı. Hər zaman mümkün vasitələrlə dinc mübarizəni davam etdirdi. Və əminəm ki, bir gün M.Ə.Rəsulzadə və Ə.Elçibəyin simvolizə etdiyi dəyərlərə qayıdacaq. Ölkəmizdə 3-cü dəfə və daha möhkəm təməl üzərində demokratik xalq hakimiyyəti bərqərar olacaq!
Oxunub: 1090