AXCP sədrinin müavini Gözəl Bayramlının hüquqlarını müdafiə edən icimai komitə Gürcüstanın gömrük xidmətinə və Maliyyə Nazirliyinə rəsmi məktubla müraciət edib. Müraciətdə Gözəl xanımın cari ilin 25 mayında Gürcüstanın sərhəd- gömrük məntəqəsini keçərkən üzərində qanuna zidd və ya bəyannamədən gizlədilən əşya, maliyə vəsaitinin olub-olmamasına aydınlıq gətirilməsi xahiş olunur.
Bu barədə ictimai komitənin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb. Gülalıyev qeyd edib ki, Gürcüstan tərəfin indiki həssas vəziyyətdə Gözəl Bayramlı barədə obyektiv məlumat verəcəyinə ümid edirlər.
Oxunub: 838