Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ölkə prezidentinə jurnalist Əfqan Muxtarlıya və ailəsinə vətəndaşlıq verilməsi xahişi ilə müraciət edib.
Muxtarlının Tbilisidə oğurlanması ilə bağlı qalmaqallı hadisədən bir neçə gün sonra Gürcüstanın baş naziri bəyanatla çıxış edib. Kvirikaşvili qısa vaxtda şəffaf araşdırılma aparılacağını və ictimaiyyətə məlumat veriləcəyini vəd edib.
“Bu ilk növbədə ölkənin imicinə ziyan vurur, bu da tamamilə yolverilməzdir. Hökumət başçısı kimi mənim üçün əsas vəzifə maksimal qısa müddətdə bütün bu suallara cavabların tapılmasıdır. Baş verənlərlə bağlı araşdırma başlayıb və bu prosesin maksimal dərəcədə şəffaf getməsi dövlətimizin maraqlarındadır”, – deyə baş nazir bildirib.
O əlavə edib ki, Gürcüstanın Ədliyyə Nazirliyi müraciət edəcəkləri təqdirdə qısa müddətdə Əfqan Muxtarlıya və həyat yoldaşına hüquq prosedurları qaydaya salmağa yardım etməyə hazırdı.
“Ölkə prezidentindən xahiş edirəm, istisna hal kimi mümkün qədər tez Əfqan Muxtarlının xanımına və övladlarına vətəndaşlıq verilsin”, – hökumət başçısı vurğulayıb.
Fizzə
Oxunub: 1042