ABŞ prezidenti Donald Tramp İranda 12 nəfərin həyatına son qoyan terrorla bağlı Tehrana başsağlığı verib. Lakin mətndə qəribə ifadələr işlədib. Bu da dünya mediasının diqqətini çəkib.
Ağ Evin rəsmi saytında yerləşdirilən mətnə görə, Tramp əvvəlcə “terrorun məsum qurbanları üçün və çətin dövrünü yaşayan İran xalqı üçün üzülür və dua edirik” deyə qeyd edib. Sonra isə üstüörtülü şəkildə Tehranı terrora dəstək verməkdə qınayaraq, xəbərdar edib. “Terrora dəstək verən ölkələr dəstəklədikləri bu pisliyin hədəfi olmaq təhlükəsi altındadırlar”, – deyə Tramp başsağlığında bildirib.
azadliq.info
Oxunub: 998