ABŞ prezidenti Donald Tramp Belarusdan olan bir qrup məmura qarşı sanksiyaların müddətini gələn ilin 13 iyununa qədər uzadıb.
Tramp bu qərarı ilə bağlı Konqresə göndərdiyi məktubda həmin məmurların Belarusda demokratik proseslərə mane olduğunu, insan haqlarını pozduğunu, eyni zamanda ABŞ-ın milli təhlükəsizlik maraqlarına təhdid yaratdığını bildirib.
Xatırladaq ki, bu sanksiya 2006-cı ildən tətbiq olunur və hər il müddəti uzadılır.
Gültəkin
Oxunub: 518