Beynəlxalq Cəza Məhkəməsi Liviyanın keçmiş lideri Muammər Qəddafinin oğlu, keçən həftə azadlığa buraxılan Seyfülislam Qəddafinin tezliklə həbs olunmasını tələb edir.
Bu tələblə Beynəlxalq Cəza Məhkəməsinin müharibə cinayətləri prokuroru Fatou Bensouda çıxış edib.
O, Qəddafinin bir an öncə həbs olunmasını tələb edib. Prokuror Bensouda Liviya və digər ölkələri Qəddafinin həbs olunması üçün hərəkətə keçməyə səsləyib.
azadliq.info
Oxunub: 178