Rusiya Niderland və Fransadakı seçkilərə müdaxilə edib. Bunu ABŞ dövlət katibi Reks Tillerson Senatdakı dinləmələr zamanı müvafiq suala cavabında bildirib.
“Bəli, mən hesab edirəm ki, edib”, – deyə o qeyd edib. Tillerson həmçinin Rusiyanın NATO-nun zəif olmasında maraqlı olduğunu bildirib.
Rusiya tərəfi bundan əvvəl dəfələrlə ABŞ xüsusi xidmət orqanlarının Moskvanın ABŞ, Fransa və Almaniyada seçkilərə təsir etmək cəhdlərinə dair ittihamlarını rədd edib.
Oxunub: 212