Nəsimi rayon Məhkəməsində Kanal-13″ internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb.
Vəkili Cavad Cavadlının verdiyi məlumata görə, məhkəmə vəsatəti təmin etməyib.
Qeyd edək ki, Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona CM-nin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Oxunub: 86