Urmiya Şəhər Məhkəməsi iyunun 15-də 40 yaşlı azərbaycanlı qadın Təhminə Daneşin ölüm hökmünün ləğvi ilə bağlı apelyasiya şikayətini rədd edib.
Bu barədə informasiyanı İran Milli Müqavimət Şurasının Qadın Komitəsi yayıb.
Qeyd edək ki, üç uşaq anası olan Təhminə Daneş 2 aprel 2015-ci ildə qanunsuz münasibətlərdə olma və qətl ittihamları ilə həbs edilib. 11 noyabr 2016-cı ildə o, 90 şallaq zərbəsinə və ölüm hökmünə məhkum edilib (Enter.News).
Oxunub: 900