AFFA-nın ilk prezidenti Moskvada dünyasını dəyişib. O, böyrək çatışmazlığından əziyyət çəkirdi.
Fuad Musayev 11 yanvar 1938-ci ildə Bakıda doğulub. İxtisasca inşaatçıdır.
O, 1977-ci ildə Dövlət Planla Komitəsi sədrinin 1-ci müavini təyin olunub. Elə həmin ildə də Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib və 1995-ci ilə kimi deputat mandatı daşıyıb. Fuad Musayev 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Mərkəzi Komitənin tikinti üzrə katib vəzifələrində çalışıb.
O, 1983-cü ildən 1988-ci ilə kimi Bakı şəhər Partiya Komitəsinin I katibi vəzifəsində çalışıb.
1990-cı ildə Mərkəzi Komitənin iqtisadiyyat, tikinti və təsərrüfat üzrə katibi olub.
Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra Fuad Musayev Azərbaycan Futbol Federasiyaları Assosiasiyasınını ilk prezidenti seçilib və uzun müddət AFFA-ya rəhbərlik edib.
Oxunub: 268