Lesotoda (Cənubi Afrika) baş nazir Lipolelo Tabanenin xanımı güllələnərək öldürülüb.
58 yaşlı Toma Tabane həyat yoldaşının inauqurasiya mərasimində gələrkən silahlı hücuma məruz qalıb.
Hadisə Lesotonun paytaxtı yaxınlığında yerləşən Masana şəhərində baş verib.
Yerli polis idarəsindən “Reuters”ə bildiriblər ki, silahlı şəxs Toma Tabaneyə evinin yaxınlığında atəş açıb. Daha sonra Tabenin yanındakı rəfiqəsini də yaralayıb.
Qətlin motivi hələlik bəlli deyil.
Gültəkin
Oxunub: 830