Avropa Parlamenti Fransanın Milli Cəbhə Partiyasının sədri Le Penin deputat toxunulmazlığını ləğv edib.
İfrat sağçı Le Pen Avroparlamentin büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunur.
Yerli məhkəmə müəyyən edib ki, Le Pen partiyadakı əməkdaşlarını parlament köməkçisi təyin edib və onlar da Avropa Parlamenti üçün heç bir iş görməyiblər.
Fransa hüquq-mühafizə orqanları dəfələrlə Le Peni dindirməyə çağırsa da, o, deputat mandatının verdiyi hüquqdan istifadə edərək ifadə verməyə getmirdi.
Gültəkin
Oxunub: 368