Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan iftar proqramındakı çıxışında ABŞ-dә mühafizәçi polislәr haqqındakı hәbs qәrarına münasibәt bildirib. “Amerikadayam, PKK terror tәşkilatı, FETÖ-çular birlәşib birlikdә 40-50 metr mәsafәdә şәxsimә qarşı orada nümayiş keçirirlәr, Amerikan polisi
heç bir şey etmir. Maraqlıdır ki, hәmin şeylәr Türkiyәdә olsaydı reaksiya necә olardı deyә düşünә bilirsiniz? Müdaxilә etmәdiklәri azmış kimi, dünәn oradakı iki vәtәndaşımızı da hәbs ediblәr. Mәnim mühafizәçilәrimdәn 12 nәfәri haqqında hәbs qәrarı çıxarıblar. Bu necә qanundur, bu necә әdalәtdir? Әgәr bu mühafizәçilәr mәni qorumayacaqsa, niyә onları özümlә Amerikaya aparıram? Amerikanın Hansı, Corcu ilә özümü qoruyacağam?”
azadliq.info
Oxunub: 750