ABŞ-ın Gürcüstandakı səfiri Jan Kelly azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanması faktına münasibətini bildirib. O bildirib ki, baş verən hadisə ilə bağlı Gürcüstan hakimiyyəti ilə daim əlaqə saxlamışdır.
ABŞ səfiri Gürcüstan hökumətinə inandığını vurğulayaraq, hadisənin hərtərəfli araşdırılacağına ümid edir.
“Biz Əfqan Muxtarlının məsələsini ciddi bir hadisə hesab edirik. Biz Gürcüstan hökuməti ilə əlaqə saxlayırıq və öz mövqeyimizi açıq şəkildə ifadə etmişik ki, bu məsələ hərtərəfli araşdırılmalıdır. Əminik ki, Gürcüstan hökuməti də məsələyə çox ciddi yanaşır. Biz hökumətə və bu məsələnin hərtərəfli araşdırılacağını bəyan edən baş nazirə inanırıq. Biz eyni zamanda inanırıq ki, Əfqan Muxtarlıya qarşı normal münasibət göstərilir və bu işdə ədalət öz sözünü deyəcək. Biz istintaq başa çatana qədər əlavə açıqlama verməməyə çalışacağıq,”- deyə Jan Kelly bildirib.
azadliq.info
Oxunub: 350