Rusiya hərbiyyəsi Suriyada endirilən hava zərbələrindən birilə özünü İslam Dövləti adlandıran (İD) qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadinin qətlə yetirilib-yetirilmədiyi barədə məlumatı yoxlayır.
28 mayda baş verən həmlə əl-Bağdadi və daha 330 döyüşçünün ölümü ilə nəticələnə bilərdi, Rusiyanın Müdafiə Nazirliyi bildirir.
Məlumata əsasən zərbə ilə Raqqa şəhərində cihadçıların hərbi şurasının toplantısı hədəflənib.
Bağdadinin ölümü barədə xəbər bundan əvvəl də bir neçə dəfə yayılmışdı.
Suriya hökuməti bu məlumatı şərh etməyib.
İD rəhbərinin yeri barədə bir müddətdir ki, məlumat olmayıb.
Hərçənd ki, onun, 2016-cı ildə Mosulun alınması uğrunda əməliyyatın başlanmasından əvvəl bu şəhərdə olduğu güman edilir.
Reuters-in xəbərində ehtimal olunur ki, son zamanlar “o, ərazisi minlərlə kvadrat kilometr təşkil edən səhralıqda gizlənib”.
Əbu Bəkr əl-Bağdadinin əks olunduğu yeganə video 2014-cü ildə, İD-nin “xilafət” elan etməsindən sonra yayılıb.
Görüntüdə İD lideri Mosul şəhərinin ələ keçirilməsindən sonra cümə namazına qatılır.
Əl-Bağdadinin ilk audio mesajı 2012-ci ildə yayınlanmışdı və həmin çıxışında o, İD-ə böyük qələbələr vəd edirdi. (BBC azeri)
Oxunub: 170