Gürcüstan Patriarxlığı Azərbaycanın arb əyləncə kanalının çəkdiyi sujetə etiraz edib. Çəkiliş Azərbaycan ərazısındə yerləşən Müqəddəs Georgi gürcü kilsəsində çəkilib.
“Fernando şəhərdə” verilişində müxtəlif yerlərə səyahət edən qaradərili aparıcı gürcü kilsəsinə daxil olur, bu an mehrabın arxasından Frans Şubertin “Ave Mariya” bəstəsin oxuyan gənc kişi çıxır. Bu gün səhər videoya Youtube kanalında baxmaq olardısa, hazırda o silinib.
Gürcüstan Patriarxlığı bunun inanclıların hisslərini təhqir etdiyini düşünür.
Bu, Kurmuxidəki kilsədə baş verən ikinci belə hadisədir. 2015-ci ildə atv telekanalı orda klip çəkib. O zaman Patriarxlığının etirazından sonra klip nümayişdən çıxarıldı.
Patriarxlıq həmçinin Zaqatala rayonundakı kilsələrdən birinin müdafiəsiz olduğunu və təhqirə məruz qalmasından narahatlıq dilə gətirilib.
Fizzə
Oxunub: 556