Gəncə Dəmiryol Stansiyasında işləyən işçilərin maaşları verilmir.
Bu haqda “Azadlıq.info”ya daxil olan məlumatda bildirilir. Mənbənin məlumatına görə, maaşı kəsilən yalnız Gəncə Dəmiryol Stansiyasının maşinistləri deyil, ölkə üzrə bir neçə yüz işçi maaşlarını ala bilmir.
Maaşlarının kəsilməsinə etiraz edən Gəncə DYS maşinist və maşinist köməkciləri idarədə olub, maaşlarını tələb ediblər. Lakin idarədə onlara yükdaşımaların kəskin azaldığı, bu səbəbdən büdcədə pul olmadığı bildirilib və qəbul edilən qərarla razılaşmalarını tələb ediblər. Əks halda, etiraz edənlərin polisə aparılacağı bildirilib.
Oxunub: 840