Azərbaycan dövlətinə məxsus neft şirkətinin baş direktoru Setai Mayami çimərliyində 5.5 milyon dollara mənzil alıb. Bu barədə Floridanın “The Real Deal” əmlak saytı yazıb.
Sözügedən şəxs – İxtiyar Axundov Azərbaycanda neft və qaz qurğularının tikintisi ilə məşğul olan BOS Şelf MMC-yə rəhbərlik edir. Axundov Mayami çimərliyində yerləşən 40 mərtəbəli sahil hoteli və yaşayış binasından bir neçə milyon dollarlıq mənzil satın alıb.
Axundovun şirkəti SOCAR tərəfindən yaradılıb və Xəzər dənizində ən böyük tikinti təsisatı olan Bakı Dərin Özüllər Zavodunu idarə edir.
Mənzilin alındığı Setai MMC-yə “SkinnyTable” adlanan menyu tətbiqetməsinin baş icraçı direktoru Ros Marketa rəhbərlik edir. Mənzili satan şəxs onu 2004-cü ildə 1.5 milyon dollara alıbmış.
İxtiyar Axundov 3 yataq otaqlı, 218 kvadrat metrlik mənzilin hər kvadratına 25 min dollar ödəyib.
Axundov orada 112 kvadrat metrlik daha bir mənzilə sahibdir. 2015-ci ildə o, bu mənzil üçün 3 milyon dollar ödəyib.
İlkin
Oxunub: 1700