İyunun 24-ü vəkil Elçin Sadıqov 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan bloqqer Mehman Hüseynovla görüşüb.
“Mehman Hüseynovun saxlanma şəraitindən şikayəti yoxdur. Hamıya Salamı var, əhvalı da yaxşıdır. Sadəcə bədənində ağrılar var və müalicə ala bilmir”
Vena ağrılarından əziyyət çəkən M.Hüseynov əməliyyat edilməsindən ötrü bir müddət öncə rəsmi qurumlara müraciət etmişdi. Ancaq Ədliyyə Nazirliyinin tibb idarəsi əməliyyat edilməsinə zərurət olmadığını bildirmişdi.
Üstəlik, Ombudsman Aparatı bəyan etmişdi ki, Mehman Hüseynov həkim müayinəsindən keçib. Ancaq həkim mütəxəssislərin rəylərinin düzgün icra etmir:
“Mehman Hüseynov təəssüflər olsun ki, tibbi rejimə əməl etmir. Həkimlərin tövsiyələrinə baxmayaraq, hər gün futbol oynayır”, deyə Aparat rəhbərinin məktubunda bildirilirdi.
Oxunub: 238