Daha bir təşkilat sosial inkişafla bağlı reytinqi müəyyənləşdirib. Bu reytinqdə də Ermənistan Azərbaycandan öndə gedir.
Social Progress Imperative hər il belə reytinq açıqlayır. Reytinqdə ölkələr əhalinin əsas rifah faktorlarına görə qiymətləndirilir. Bunlar gigiyena, yaşayış yeri, qidalanma,səhiyyə, informasiya və təhsil imkanları, həmçinin insan hüquq və azadlıqları və tolerantlıq dərəcəsidir.
Gürcüstan regionda lider olub.
Türkiyə 61, Ermənistan 59, Azərbaycan 76, Rusiya 67-ci yerdə qərarlaşıb.
Gürcüstan həmçinin Ukraynanı (64-ci yer), Qazaxıstanı (74-ci yer) və Belarusu da (65-ci yer) qabaqlayıb.
Reytinqin liderlərinə gəldikdə, birinci yerdə 90,57 balla Danimarka, daha sonra Finlyandiya (90,53), üçüncü yerdə isə İslandiya qərarlaşıb (90,27).
Fizzə
Oxunub: 68