Mən Natali Bejaşvili bir vəkil olaraq Fərman Ceyranlının ittihamı ilə tanış olarkən dəhşətə gəldim. Bəlkə də Gürcüstanın tarixində belə rüsvayçı məhkəmə gərarına rast gəlinməyib. Bu barədə Gürcüstanda barəsində həbs qətimkan tədbiri seçilmiş Fərman Ceyranlının vəkilinin bəyanatında deyilir.
Fərman Ceyranlı 2017-ci il mayın 22-də Gürcüstan polisi tərəfindən saxlanılıb, məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
O, Gürcüstan Cinayət Məcəlləsinin 180 və 247-ci maddələri ilə ittiham olunur. Onun həbsinin səbəbi kimi 2016-cı ildə sahibi olduğu “Lanset” klinikasında qanunsuz ciyər transplantasiyası əməliyyatları həyata keçirildiyi və əməliyyatlar nəticəsində 2 xəstənin dünyasını dəyişdiyi göstərilir.
İcazəsiz əməliyyatlar keçirildiyinə görə Tbilisdə fəaliyyət göstərən “Lanset” klinikasının lisenziyası ləğv edilib. F. Ceyranlının həmtəsisçisi olduğu tibb mərkəzi 3 ildir fəaliyyət göstərirdi.
Tibb elmləri doktoru Fərman Ceyranlı Azərbaycanın baş cərrahı olub. Sonra o, Bakıda “Lanset” özəl klinikasını açıb. Bakıda “Lanset” klinikasında hüquq mühafizə orqanları bir neçə dəfə yoxlamalar aparıb. Bundan sonra Fərman Ceyranlı Tbilisidə kilinika açıb.
Vəkil Natali Bejaşvili müdafiə etdiyi Ceyranlıya qarşı Gürcüstanda irəli sürülən ittihamı belə xarakterizə edir.
“Fərman Ceyranlıya Cinayyət Məcəlləsinin 247-ci maddəsinin birinci hissəsi ilə (yaşayış və sağlamlıg üçün təhlükə yaradan şərait haqqında məlumatın gizlədilməsi), sonra 180-cı maddənin 3-cü hissəsinin “a”, “b” alt bəndi ilə (küllü migdarda dələduzlug cəhdi) ittihamı irəli sürülüb. Ən gülməlisi odur ki, Fərman Ceyranlının iş yeri, vəzifəsi klinikanın direktoru kimi göstərilir. Halbuki, klinikanın direktoru vəzifəsində başga adam çalışır. Professor Ceyranlı isə “Lanset”- in direktoru deyil, təsisçisidir. Heç bir cavabdehlik daşımır”, o qeyd edir.
Sənəddə deyilir ki, klinikanın özünün baş direktoru, kliniki direktoru, maliyyə direktoru, hüquq və reklam şöbəsi və sair bölmələr üzrə rəhbərləri var.
“Əgər kliniki direktor, yəni baş həkim cavabdehdirsə, məhkəmənin qərarlarından göründüyü kimi, bəs Fərman Ceyranlını niyə həbs edibsiniz? Axı o bu vəzifəni icra etmir. Absurd deyilmi?! Baş həkim deyil, maliyyə direktoru deyil, xəstəni əməliyyat etməyib, reklam şöbəsində işləmir və sair. Keçək 247-ci maddənin birinci hissəsinə. Fərman Ceyranlı xəstənin müalicə həkimi olmayıb, xəstəni əməliyyat etməyib, hec onu konsultasiya etməyə belə hüququ yoxdur çünki, transplantasiya üzrə lisenziyası belə yoxdur. Niyə, xəstəni Fərman Ceyranlı (baş verə biləcək fəsadlar barəsində) xəbərdar etməli idi, axı onun öz lisenziyalı həkimi var idi, özü də yüksək məktəb keçmiş, təkçə 26 nəfər Gürcüstan vətəndaşını Bakıda uğurlu əməliyyat edib. Xəstəyə əməliyyat haqqında məlumatı da elə özü verib – Mircəlal Kazimi. Belə hallarda müzakirə və istintaq obyekti hüquqi sənəd xəstəlik tarixidir. Orada isə Fərman Ceyranliya aid hec nə yoxdur. Bu da ikinci bir absurd”.
Vəkil sonra bildirir ki, 19, 180-cı maddənin üçüncü hissəsinin “a” və “b” bəndələrinə gəlincə – burası daha da gülməlidir.
“İlk növbədə geyd etməliyəm ki, garaciyərin transplantasiyası üçün göstərilən məbləğ dünyada ən ucuzdur. Növbəti olaraq nəzərə çatdırmaq istərdim ki, birinci xəstənin ödənişinin kassaya köçürüldüyü haqqında sahibinə cek verilib. Burada isə hec bir ganun pozuntusu yoxdur. İkinci xəstə isə hələ bu günə gədər öhdələrinə götürdükləri pulu ödəməyib. Burada hansı yeyintidən söhbət gedə bilər? “
Vəkil yuxarıda geyd etdiklərinin hamısının hüquqi sənədlərlə təsdiq edildiyini diqqətə çatdırıb.
“Sual meydana çıxır, bəs Fərman Ceyranlı niyə həbs edilib? “Haqqın az” saytındakı məqaləni oxuduqda hər şey aydın olur. Bu bir siyasi sifarişdir. Fərman Ceyranlı coxsaylı müxalifət nümayyəndələrini Tbilisidəki “Lanset”də qəbul edərək onları müayinə və müalicə etdirib vəssalam”, vəkil qeyd edir.
Oxunub: 352