Liviyanın öldürülәn lideri Muammәr Qәzzafinin sarayından götürülәn vә İstambul polisi tәrәfindәn әlә keçirilәn Mamont dişindәn olan xәncәr iki qurum vә iki mütәxәssiz tәrәfindәn qiymәtlәndirilә bilmәyib.
Antik hesab edilәn vә mardinli bir iş adamı tәrәfindәn Sәudiyyәli iş adamına 30 milyon Türkiyә lirәsinә(8 mln 547 min dollar) satılarkәn әmәlliyyat nәticәsindә әlә keçirilib. Xәncәrin qiymәti müәyyәn olunmadığı üçün polisә xәbәr verәn şәxs dә 7,5 faizlik payını ala bilmәyib. Mardinli iş damı xәncәri Liviyadakı müxalif qruplardan 13 milyon Türkiyә lirәsinә (3 mln 700 min dollar) aldığını deyib.
Qiymәti müәyyәn olunmayan xәncәr açıq satışa çıxarılacaq. Әn sonda әn çox pul ödәyәn xәncәrin sahibi olacaq. Ödәnәn pul isә büdcәyә köçürülәcәk.
Zәng edib polisә xәbәr verәn şәxs isә 7,5 faizlik pay haqqını itirib.
Azadliq.info
Oxunub: 484