YAP-çı deputat Məlahət İbrahimqızı (Həsənova) qardaşı, Azərbaycan-Gürcüstan sərhədindəki Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənovun saxlanıldığı haqda xəbərə münasibət bildirib. Xatırladaq ki, musavat.com-un yaydığı məlumata görə, gömrük rəisi M.Həsənov DTX-nın əməliyyatı nəticəsində saxlanılıb, onun evindən və maşınından külli miqdarda pul tapılıb və s.
Deputat M.İbrahimqızı modern.az-a açıqlamasında yayılan məlumatın doğru olmadığını bildirib: “Çox təəssüf edirəm ki, bu cür həqiqəti əks etdirməyən məlumatlar tirajlanır, kiməsə böhtan atılır. Mən umumiyyətlə, bu cür xəbərlərə münasibət bildirmək istəmirəm. Bu, yalan, böhtan və sifarişdir. Hansısa jurnalistin DTX adından belə yanlış informasiya verməsi heç cür qəbul olunmazdır.DTX ilə əlaqə saxlayıb öyrənsinlər görsünlər belə bir şey olubmu?! Əlbəttə ki, bu məlumat doğru deyil”.
Oxunub: 800