ABŞ və Rusiya prezidentlərinin Donald Tramp və Vladimir Putin “böyük iyirmiliyin” sammitində görüşü başa çatıb. Görüş 2 saatdan çox davam edib.
Qapalı görüşdən əvvəl Tramp bildirib ki, liderlərin “pozitiv dəyişikliklərə” nail olduqlarına ümid edir. “Sizi salamlamaq mənim üçün şərəfdir”, – deyə o Putinə bildirib.
Rusiya prezidenti də öz növbəsində pozitiv nəticəyə ümid etdiyini dilə gətirib.
Görüşdən sonra Rusiya prezidenti bildirib ki, ABŞ lideri ilə görüş zamanı Ukrayna və Suriyadakı vəziyyət, terrorla mübarizə və kibertəhlükəsizlik müzakirə edilib.
Görüşdə həmçinin Rusiyanın xarici işlər naziri Serhey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson da iştirak ediblər.
Sammitdə görüş zamanı prezidentlər görüşüb və bir neçə gəlmə danışıb.
Bu, Tramp və Putinin ilk görüşüdür. Buna qədər prezidentlər bir neçə dəfə telefonla danışıb.
Fizzə
Oxunub: 672