Kreml Bakıdan Azərbaycana səfər etmək istəyən erməni soyadlı Rusiya vətəndaşlarına qarşı diskriminasiyanı dayandırmağı tələb edib.
“Bildirmək məcburiyyətindəyik ki, Azərbaycana gedən Rusiya vətəndaşları həqiqətən etnik mənsubiyyətinə görə diskriminasiyaya məruz qalır”, – Rusiya XİN-in məlumatında qeyd olunub.
“İki ölkə arasındakı dostluq əlaqələri ilə bir yerə sığmayan bu xoşagəlməz diskriminasiya praktikasına son verməyi tələb etməkdə davam edirik. Təbii ki, biz yaranmış vəziyyətdən nəticələr çıxardacayıq” – Rusiya XİN bildirir.
Oxunub: 2450